Xatun sevgisindən danışdı
Müğənni Xatun Əliyeva eşqə düşüb.
Sənətçi bu haqda “7 tamam verilişində danışıb. O bildirib ki, həyatında onu sevən bəy var:
“Mənə o huzuru veriblər. Aşıq olmaq deyəndə ki, vurulmuşam. İstəyirəm ki, məni sevən bəy məni özüm kimi sevsin. Məni dəyişdirməyə çalışmasın. Səhnədə olan xanımam. O məni illərdir ki, izləyir. Efirlərdə, kliplərimdə görüb. Niyə axı sən gəlib məni dəyişdirirsən? Onsuzda mən dəyişməyəcəyəm. Məni özüm kimi sevib, dəyər verən həmin o bəyin yanında əlbəttə ki, özümü kraliça kimi hiss edirəm. O məni yaşadır və hər gün istəyirəm ki, gözəl olum. İstəyirəm ki, həyatımı gözəl yaşayım. Gözəllikləri özüm üçün yaradım. Buna da haqqım var”.
Xatun aparıcı Nanə Ağamalıyevanın “Toy olacaq” sualına “Simic insanları sevmirəm. Burada söhbət puldan getmir. Pula xəsis olan kişi hər şeyin xəsisliyini edir. İnanın ki, o həm sənə verdiyi zamanın, sevginin, xoşbəxtliyin də xəsisliyini edir. Ona görə mənə belə insanlar lazım deyil. Toya ehtiyac yoxdur. Məni sevən insan məni yaşadacaqsa sonu da elə toy olacaq. Yəni ciddiləşəcək” cavabını verib.