“Xeyli söhbət etdik, güldük, könlümüz açıldı” – Hacı Nuran

Tanınmış teleaparıcı Hacı Nuran Hüseynov Xüsusi karantin rejimində evdə qalan yaşlı nəslin nümayəndələri olan sənət adamlarına bəş çəkib.

XALQ.Az xəbər verir ki, Xalq artisti Arif Quliyevin evinə gedib ona baş çəkən Hacı Nuran öz facebook səhifəsində xoş təəssüratlarını belə ifadə edib. 

* … Bütün dünyanı cənginə alan #KORONAVİRUS bəlası ölkəmizdən də yan ötmədi … Düz 2 aydan çoxdur ki, hamılıqla bu kabusla mübarizə aparırıq … Bu günlərdə evdə qalmaq xilas yoludur … Amma bunu bacarmaq çox çətindir … Xüsusən də bu insanlar ictimai baxımdan fəaldırsa, gündəlik həyatlarında daha çox ünsiyyətə vaxt ayırırlarsa … Demək o kəslər üçün karantin şəraitində yaşamaq daha dözülməzdir … Amma nə etməli … “Palaza bürün, elnən sürün” deyib atalar … Bizə düşən də belə insanlara, xüsusən də el sənətkarlarına, aktyorlarına baş çəkmək, onların qayğıları ilə maraqlanmaqdır … Mən də bir çox sənət adamlarına baş çəkdim … Kimə? … Arif Əli oğlu Quliyevə.. Tamaşaçısını həmişə gülüşə qərq edən aktyorun indi özünün stimula ehtiyacı vardı … Həm də tək deyildim: Bakı şəhər Mədəniyyət İdarəsinin rəhbərliyi də mənimlə idi … Getdik, baş çəkdik, sevindirdik … Kövrək adamdır Arif müəllim … Onu yad etdiyimizə görə necə minnətdarlıq edəcəyini bilmirdi … Bu ərəfələrdə onun maddiyyatdan çox mənəvi dəstəyə ehtiyacı olduğunu bildiyimizdən döymüşdük qapısını … Xeyli söhbət etdik, güldük, könlümüz açıldı … “Yaxşı ki gəldiniz”, dedi, “ürəyim şad oldu” … Ürəyin həmişə şad olsun, gözəl sənətkar … Sən bütün ömrün boyu insanlara gülüş bəxş etdin … İndi də səni sevindirmək bizim payımıza düşüb … Evdə qal ki sabah yenidən birlikdə gülək … Yeri gəlmişkın qeyd edim ki, gələn ay böyük sənətkarın 70 yaşı (16.05.1950) tamam olur … Bu gün münasibətilə ona olunan təbrikləri və sürprizləri səbrsizliklə gözləyir sənətkar … 

Görüntünün olası içeriği: 1 kişi, oturuyor ve iç mekan
Görüntünün olası içeriği: bir veya daha fazla kişi
Görüntünün olası içeriği: 1 kişi, oturuyor
Görüntünün olası içeriği: 1 kişi, oturuyor

XALQ.AZ