XİN başçısı: “Humanitar atəşkəsin müddəti göstərilməyib”

5ac59dfe b27f 32e7 95c8 47cb1572d627 850

“Humanitar atəşkəsin müddəti barədə məlumat yoxdur. Sənəddə müddət göstərilməyib”.

XALQ.AZ xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, əməliyyatı Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən həyata keçiriləcək: “Həlak olmuş hərbçilərin meyitlərinin götürülməsi, əsirlərin dəyişdirilməsinin müddətinin nə zaman çəkəcəyi bəlli deyil. Bununla bağlı BQXK məlumat verə bilər”.