XİN-dən Türkiyəyə başsağlığı

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.

XALQ.AZ-ın məlumatına görə, XİN-in yaydığı məlumatda bildirilir: “Qardaş Türkiyənin Van şəhərində baş verən zəlzələ nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara isə Allahdan şəfa diləyirik”.