XİN rəsmisi BMT baş katibinin müavini ilə görüşüb

Nyu-Yorkda BMT Baş Assambleyasının informasiya məsələləri üzrə komitəsinin iclasında iştirak edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev BMT-nin Baş katibinin Qlobal kommunikasiya məsələləri üzrə müavini Alison Smale ilə görüşüb.

XALQ.AZ xəbər verir ki,  görüşdə BMT-nin Qlobal kommunikasiya strategiyası üzrə fikir mübadiləsi aparılıb. Hikmət Hacıyev Azərbaycanda medianın azadlığı, BMT-nin məqsəd və məramları, xüsusilə Davamlı İnkişaf Məqsədlərini dəstəkləmək üçün milli səviyyədə görülən işlər barədə məlumat verib.

BMT Baş katibinin müavini Alison Smale hələ jurnalist kimi fəaliyyət göstərdiyi vaxt Azərbaycana səfərlərini, ölkəmizin və xüsusilə paytaxt Bakının inkişafı ilə əlaqədar xoş xatirələrini bölüşüb.

 

Elgün