XİN Xələf Xələfovun təyinatını təsdiqlədi

Xələf Xələfov Prezident İlham Əliyevin imzaladığı sərəncamla xarici işlər nazirinin müavini təyin olunub.

 

XALQ.AZ xəbər verir ki, bu barədə məlumatı  Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva təsdiqləyib. O, bildirib ki, sərəncam 3 may tarixində imzalanıb.
Dövlət başçısının digər sərəncamı ilə X.Xələfova Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi həvalə olunub.

Qeyd edək ki, bundan əvvəl X.Xələfov Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışıb.

 

 

Orxan