Bakıda ticarət mərkəzi yanır: 3 helikopter cəlb olundu – Video/Yeniləndi

Bakının Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin 3 helikopteri cəlb olunub.

Bu barədə XALQ.AZ-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Əlavə məlumat veriləcək.

****

“EuroHome” tikinti materialları bazarı ərazisində yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Bakıda səhər saatlarında ticarət obyektlərindən birində yanğın başlayıb.

XALQ.AZ xəbər verir ki, hadisə Binəqədi rayonu, Xırdalan dairəsinə yaxın ərazidə yerləşən “Eurohome” Ticarət Mərkəzində qeydə alınıb.

Qeyd edək ki, sözügedən ticarət mərkəzində əsasən inşaat materialları satılır.

Orxan