Xızılılar sabitliyə, tərəqqiyə “HƏ” deyir

XALQ,AZ xəbər verir ki, YAP Xızı rayon təşkilatında prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərcivəsində Xızı şəhərində təhsil, səhiyyə və mədəniyyət sahəsində çalışan seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Ağsaqqallar Şurasının Milli Məclis üzvü Rza Avşarov və Xızı rayon Ağsaqqallar Şurasının sədri Şərif Vəliyev iştirak ediblər.

Xızı rayon Təhsil şöbəsinin müdiri Oqtay Abdullayev və Mədəniyyət şöbəsinin işcisi Firəngiz Hüseynova cıxış ediblər. Onlar seçiciləri Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davam etməsi, Azərbaycanın tərəqqisi, beynəlxalq arenada nüfuzunun daha da artması, sabitliyin davamlı olması üçün YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyin gərəkliyini vurğulayıblar.

Görüşün sonunda bir qrup fəal partiyaçılara YAP Xızı rayon təşkilatının Fəxri Fərmanları təqdim edilib.

 

 

Elgün