Xocalı Soyqırımı həftəsi

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar çərçivəsində Türkiyənin İstanbul şəhərində Xocalıya Ədalət Həftəsi çərçivəsində daha bir anma konfransı İstanbul Aydın Universitetində baş tutub. ki, “İslahatçı Gənclər” İctimai Birliyinin artıq altı ildir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyasına qoşularaq təşkil etdiyi konfransda Azərbaycan və Türkiyədən rəsmi şəxslər, millət vəkilləri, QHT və media rəhbərləri iştirak edib.

Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlanan konfransı giriş sözü ilə açan “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, Xocalı soyqrımı XX əsrdə baş verən dəhşətli bir insanlıq cinayətidir. F.Şahbazlı qeyd edib ki, 26 il öncə Xocalıda erməni silahlı dəstələri 366-cı motoatıcı alayın dəstəyi ilə 63-ü uşaq olmaqla, 613 nəfəri dəhşətli formada qətl edib: Bəzən bu dəhşəti soyrqım mahiyyətindən çıxarmağa cəhdlər olsa da, baş verən hər şey Xocalıda yaşananların öncədən hazırlanan bir soyqrım aktı olduğunu sübut edir. Hadisələrin üstündən 26 il keçməsinə baxmayaraq Xocalıda əli günahsız insanların qanına batan şəxslər, xüsusilə də Ermənistanın indiki prezidenti Serj Sarkisyan hüquq qarşısında cavab verməyib və dünya buna hələ də göz yumur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyası çərçivəsində Xocalı soyrqımı dəhşətlərinin dünyada təbliği istiqamətində mühüm işlər görülür. İstanbulda universitetlərdə keçirdiyimiz bu tədbirlərin əsas məqsədi Xocalıda yaşanan dəhşəti qardaş ölkə Türkiyə ictimaiyyətinin diqqət mərkəzinə gətirmək, yetişməkdə olan türk gəncliyini Türk dünyasının ortaq kədəri olan bu qətliam haqqında məlumatlandırmaqdır”.

Daha sonra çıxış edən İstanbul Aydın Universiteti Mütəvəlli Heyət Başçısı Dr. Mustafa Aydın Azərbaycala Türkiyənin bir millət iki dövlət olduğunu xatırladaraq, Türkiyənin qardaş ölkə Azərbaycanla bağlı məsələlərdə yüksək həssasiyyət göstərdiyini qeyd edib. M.Aydın vurğlulayıb ki, Xocalıda 26 il bundan öncə bir insanlıq ayıbı sayılacaq dəhşətli qətliam yaşanıb: “Biz başımıza gətirilən bu hadisələrlə bağlı ağlayıb sızlamamalıyıq. Əksinə bunlardan nəticə çıxararaq, bütün sahələrdə güclənməliyik”.

Çıxış edən Milli Məclisin deputatları Naqif Həmzəyev və Pərvin Kərimzadə Azərbaycana qarşı yürüdülən erməni təcavüzündən danışıb, Xocalı faciəsi barədə məlumat veriblər. Xocalı soyqırımı zamanı günahsız insanlar xüsusi qəddarlıqla qətlə yetirildiklərini bildirən millət vəkilləri Azərbaycanın bir milyondan çox öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayan qaçqın və məcburi köçkünləri olduğunu bildiriblər.

Konfransda daha sonra çıxış edən İstanbul Aydın Universitetinin prorektoru, professor Ömer Özyılmaz, hüquq müdafiəçisi Əhməd Şahidov, tibb elmləri namizədi Ləman Süleymanova, “Tribuna” İnformasiya Agentliyinin baş redaktoru Əlişir Əhəd Xocalıda yaşananların bir insanlıq cinayəti olduğunu, bu soyqrımı törədənlərin beynəlxalq məhkəmələr qarşısında cavab verməsi üçün səylərin daha da artırılmasının zəruriliyinə diqqət çəkiblər.

Anım tədbirində Azərbaycanın Əməkdar artisti Aybəniz Haşımova və rəhbərlik etdiyi Sənət Akademiyasının tələbələri Xocalıda yaşanan dəhşətləri, eyni zamanda gəncliyimizin mübarizə əzmini musiqinin, sənətin dili ilə tərənnüm edən kompazisiya ilə çıxış ediblər. Kompazisiya konfrans iştirakçıları arasında böyük reaksiya doğurub.

Qeyd edək ki, İstanbul şəhərində Xocalıya Ədalət Həftəsinə “Palmali” Şirkətlər Qrupu,  Bioloji Təbabət Klinikası və “AAF Holdinq” MMC təşkilatı dəstək verib.