Xocalı Soyqırımı ilə əlaqədar konfrans

PAÜ Konqres və Mədəniyyət mərkəzində Pamukkala Universiteti, PAÜ Sağlıq, Mədəniyyət və İdman Dairə Başqanlığı və Türk Ocaqları Dərnəyi Dənizli şöbəsi tərəfindən təşkil olunan Azərbaycan Demokratik və İnsan Hüquqları İnstitutunun direktoru Əhməd Şahidov, Azərbaycan Reformcu Gənclər Birliyi rəhbəri Fərid Şabhazlının qatıldığı Xocalı qətliamı və Qarabağ məsələsi mövzusunda “Türkün qara gecəsi” adlı rəsm sərgisi və konfrans keçirilib.

Tədbir rəsm sərgisinin açılışı ilə başlayıb. Pamukkala Universitetinin prorektoru professor Rafet Qılıncarslan, Türk Ocaqları başqanı Ünal Bahadır Baylan başda olmaqla iştirakçılar sərgini gəziblər.

Konfransa Rafet Kılınçarslan, Ədəbiyyat fakültəsi dekanı, professor Ertuğrul İşler, Texnologiya fakültəsinin dekanı, professor Ali Aydın, Mühəndislik fakültəsinin dekanı, professor Yahya Tülek, Hüquq fakültəsinin dekanı, professor İbrahim Organ, PAÜ məsul katibi, dosent Mehmet Ali Sarı, Türk Ocaqları Başqanı Ünal Bahadır Baylan, Denizli Ülkü Ocaqları Başqanı Yaşar Hisarlıoğlu, Türk Eğitim – Sen Denizli şöbəsi başqanı Emre Erdoğan, Türk Eğitim – Sen Pamukkala Üniversiteti şöbə başqanı Ferhat Ağırman, Türk Sağlık-Sen ilə Türkiyə Kamu Sen Dənizli il başqanı Raif Kurşunoğlu, TÜRKAV Denizli şöbə başqanı Ahmet Aykol, Denizli Böyükşəhər Bələdiyyəsi Mədəniyyət, Turizm və Tanıtım dairəsi başqanı Hüdaverdi Otaklı qatılıblar.

Konfransın ilk məruzəsini Azərbaycandan Fərid Şahbazlı edib. O, məruzəsində Qarabağ probleminin səbəblərinə toxunaraq Xocalı facisəinə yol açan hadisələrdən bəhs edib.

Əhməd Şahidov məruzəsində 1992-ci ildə törədilən Xocalı qətliamının insanlığa qarşı cinayət olduğunu vurğulayaraq bir gecədə 613 nəfərin öldürüldüyünü xatırladıb.

Rafet Qılıncarslan Əhməd Şahidova, Mehmet Əli Sarı Fərid Şahbazlıya konfransdakı fəal işlərinə görə təşəkkürnamələr təqdim ediblər.

Qeyd edək ki, İstanbul şəhərində Xocalıya Ədalət Həftəsinə “Palmali” Şirkətlər Qrupu,  Bioloji Təbabət Klinikası və “AAF Holdinq” MMC təşkilatı dəstək verib.