Xocalı soyqırımı Tatarıstanda qeyd olundu – FOTO

Xocali

Xocalı soyqırımının 22-ci ildönümü dünyanın əksər ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən qeyd edilir.

Xalq.az xəbər verir ki, Tatarıstan Respublikasının Buğulma şəhəridə yerləşən “Diyar” Azərbaycan milli-mədəni muxtariyatı məlum soyqırımla əlaqədar tədbir keçirmişdir.

Tədbiri giriş sözü ilə açan “Diyar” Azərbaycan milli-mədəni muxtariyatının sədri Hacı Mircəfər Bağırov Ermənilərin Azərbaycan torpağlarını işğal etməsindən, Xocalı soyqırımından məclis iştirakçılarına ətraflı məlumat verdi.

Elcin-1

Tədbir iştirakçılarından Taleh Sultanov, Azər Hüseynov, Əli Məmmədov, Faiq Sultanov, Elçin Cəfərov, Rahib Mikayılov erməni vəhşiliyin pisləyib, Xocalıya ədalət istəyiblər.

Gənclərdən Murad Cəfərov, Üzeyir İslamzadə, Musa Bağırov qürbət eldə vətənpərvəlik ruhunda keçirilən bu cür tədbirləri bəyəndiklərini söyləyiblər.

Daha sonra, təşkil olunan anım mərasimində Xocalı soyqırımını özündə əks etdirən foto sərgi keçirilib. Faciədə həlak olanların ruhuna dua oxunub, ehsan verilib.

Elcin-5

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Elcin-2

 

Elcin-3

 

Elcin-4