Xoşbəxt gələcəyimiz naminə YAP-ın namizədinə səs verək

20

Xalq.az xəbər verir ki, Astara rayonunda prezidentliyə namizəd cənab İlham Əliyevin seçki qərargahı rayonun Ojəkəran və Burzubənd kənd seçiciləri ilə görüş keçirdi.

YAP rayon təşkilatının sədri Firudin Əhmədov seçiciləri salamlayaraq tədbiri açıq elan etdi və onlara 9 oktyabrda keçiriləcək seçkinin əhəmiyyətindən, rayonda görülən abadlıq-quruculuq işlərindən danışdı.

Tədbirdə kənd ziyalılarından Şadoğlan Talıbov, Zaur Rəfiyev, Arif Talıbov və Vidadi Əmirov çıxış edərək görüşdə iştirak edən digər seçicilərlə birlikdə 9 oktyabrda cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.