Xoşbəxtlik neçəyədir?

Xosbext

Xoşbəxtliyin maddi dəyəri tapılıb. Xalq.az-ın məlumatına görə, İngiltərədə aparılan araşdırma bunu müəyyən edib. “London School of Economics” ilk olaraq insanları daha çox hansı hisslərin xoşbəxt hiss etdiyini müəyyən ediblər. Daha sonra bu hiss pul ilə ölçülüb.

Sən demə sənət və mədəni istirahət, idman insanlara illik 5 min funt sterlinq (6500) qazandırmış kimi hiss etdirir. İnsanın özünü ən yaxşı hiss etməsinə kömək edən fəaliyyətlərdən biri rəqsdir. Rəqsin yaşatdığı xoşbəxtliyin dəyəri 1670 funt sterlinqdir (2197 manat).

İkinci yerdə 1630 sterlinq (2124 manat) ilə üzməkdir. Bu insanı futbol və velosiped minməkdən iki dəfə xoşbəxt edir. Musiqi dinləməyin maddi dəyəri 742 sterlinqdir (915 manat).