Xudaqulu Rzayev: “Arzuların bir-bir həyata keçməsi bizim əlimizdədir”

Yeni Azərbaycan Partiyasının 18 saylı Nərimanov-Nizami seçki dairəsindən deputatlığa namizədi Xudaqulu Rzayev şəhid ailəsi ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, Xudaqulu Rzayev şəhid anasına öz minnətdarlığını bildirib. O qeyd edibki hər anaya, hər evə şəhid anası adını daşımaq qismət olmur.

Bundan başqa o seçiciləri və təsisçi olduğu liseydə, şagirlərlə görüşüb. Onlara Vətəni sevməyi, Vətən üçün çalışmağı tövsiyyə edib.

Xudaqulu Rzayev facebook hesabında video paylaşaraq seçicilərinə səslənib:

“Əziz və dəyərli həmvətənlərim! Sizin üçün bu yola çıxdığımı bir daha vurğulayıb, qeyd etmək istəyirəm ki, artıq çox sayda məni tanıyan insanlar arasında bu sirr deyil ki, bu günə qədər heç bir etdiyim xeyriyyə işini nə işıqlandırmağa icazə vermişəm, nə bununla fəxr etmişəm, hətta özümün belə yaddaşımdan silərək, yada salmağı belə günah bilmişəm. Ətrafımda bu işlərin məcburi şahidi olan insanlardan isə, əsla dilə gətirməmələrini xaiş etmişəm!
Azərbaycan, doğma torpağım, bayrağım, bu torpağda yaşayan həmvətənlərim, xalqım, millətimdir, mənim qürur mənbəyim! İllərin əziyyəti çiyinlərimin arxasında olsa da , bu gün məni sevən və dəstək verən insanlar mənə ilhamdır, mənə gücdür və sabaha ümüddür!
Arzuların bir-bir həyata keçməsi isə, bizim əlimizdədir! Çünki SİZİN ARZULARINIZ BİZİM İŞİMİZDİR!

Görüntünün olası içeriği: 4 kişi, ayakta duran insanlar ve iç mekan
Görüntünün olası içeriği: 16 kişi, ayakta duran insanlar, ayakkabılar ve iç mekan
Görüntünün olası içeriği: 7 kişi, ayakta duran insanlar ve ayakkabılar
Görüntünün olası içeriği: 7 kişi, oturan insanlar, masa, çocuk ve iç mekan
Görüntünün olası içeriği: 6 kişi, oturan insanlar, masa ve iç mekan

XALQ.AZ