Xudaqulu Rzayev seçicilərinə video-müraciət etdi

18 saylı Nərimanov – Nizami seçki dairəsindən deputatlığa namizəd Xudaqulu Rzayev seçicilərə video-müraciət edib.

XALQ.AZ xəbər verir ki, deputat seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışan X.Rzayev bildirib ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi onun əsas fəaliyyət istiqaməti olacaq.

Video-müraciətdən bəzi məqamları ixtisarla təqdim edirik:

Bilirsiniz ki, mənim namizədliyim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Bu gün hakim partiyanın yüzminlərlə üzvü var və bu partiya bütün seçkilərin qalibi olub. Qürur hissi keçirirəm ki, iqtidar partiyası 18 saylı Nərimanov – Nizami seçki dairəsində mənim namizədliyimin üzərində dayanıb.

Bu günə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam. Rəhbəri olduğum şirkətdə xeyli sayda insan çalışıb. Eyni zamanda bu dairənin, hansı ki, öz namizədliyimi irəli sürmüşəm, sakiniyəm. Tövazökarlıqdan uzaq olsa da deməliyəm ki, bütün bu sadaladıqlarım mənim uğurumu şərtləndirir və inanıram ki, qarşıdan gələn seçkilərdə qalib gələcəyəm.

Deputat seçiləcəyim təqdirdə əsas fəaliyyətim gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə tövhə vermək olacaq. Çünki bizim Qarabağ boyda dərdimiz var və gənclər arasında milli hissləri aşılamaq vicdan borcumuzdur. Həmçinin gənclərin yüksək təhsil almasına şərait yaradılması, qanunvericilik təşəbbüslərinin irəli sürülməsində fəal iştirak, seçicilərlə sıx təmaslar başlıca fəaliyyət istiqamətlərim sırasında yer alacaq.

İnanıram və şübhə etmirəm ki, 9 fevral seçkilərində seçicilər öz vicdanının səsinə səs verəcək və ən layiqli olan namizədə etimad göstərəcəklər.

Bütün seçicilərimi Salamlayıram və sizə özümü yaxından tanıtmaq üçün bundan gözəl şərait ola biləcəyini düşünmürəm. Hal hazırda gündəmdə olan hərəkətləri etməyib (gözəl və qurma videolar) ,seçicilərin qarşısına necə varam sa,gündəlik həyatımda olan insanlarla təmasda olduğum kimi,seçicilərimin də önünə o cür çıxmaq istədim. Mən milli məclisi özümə iş yeri,millət vəkili olmağı isə özümə karyera bilmirəm! Bütün istəyim və məqsədim,sırf millətimə,xalqıma,dövlətimə gətirə bildiyim qədər xeyir gətirməkdir! Vətənini,torpağını və millətini sevən hər kəs,onun hər bir vətəndaşına fərdi yanaşıb, onu sevir. Onunla addımlayıb hər an onun yanında olur! Bu günümüzün ölkəmizdə olan ən böyük problemi,işğalda olan 20% torpaqlarımızın düşmən tapdağı altında qalmasıdır. Torpaqlarımızı azad etmək üçün ən böyük dəstək isə ,yuxarıda qeyd etdiyim amillərin vəhdətidir!Mənim əsas məqsədim və amalım Vətənpərvərlikdir! 🇦🇿🇦🇿🇦🇿

Gepostet von Xudaqulu Rzayev am Mittwoch, 22. Januar 2020

XALQ.AZ