Xumar Qədimova: “Oğlumu qısqanıram…”

Xumar

Müğənni Xumar Qədimova efirlərdə tez-tez görünən həmkarlarından söhbət açıb.

İfaçı bu haqda “ATV maqazin” verilişinə açıqlamasında bəhs edib:
“Deyirlər “Maqazin meymunu”yam hər dəfə görünüm? Onu kim deyibsə, düz deyib. Dəqiqə başı efirdə görünmək doğru deyil. Düzdür əsasən meymunların başına toplanırlar, bu da insanların səhvidir. Heyvanxanaya nəzər salsaq, at dünya gözəlidir, özünü sevir, xəyanəti qəbul etmir, xarakterlidir. At olmağı seçərdim, doğurdan da mən atam. Meymun olmağı seçmərəm, kənarda olsan da , dəyərli ol”.
Sənətçi oğlunu efirlərdən uzaq tutmasının səbəbini də açıqlayıb:
“Oğlumu qısqanıram, qoruyuram. Çıxardıb övladlarını göstərirlər. Bu doğru deyil. Oğlumu məcbur etsəm də, efirə çıxmaz”.