Xuraman biznesini böyüdür

xuraman

 

Hicab bağlayıb şou-biznesdən uzaqlaşan müğənni Xuraman Şuşalı biznesini böyüdəcək.
Sənətçi Axşam.az saytına açıqlamasında xına evini genişləndirəcəyini bildirib:

“Hazırda tək biznesim xına evidir. Amma onu genişləndirməyi düşünürəm. Daha böyük bir məkan açmaq istəyirəm. Özümü bu sahədə sınayıram, başqa bir biznes istəmirəm. Bəziləri elə bilirlər ki, mən oxumağı da atmışam. Amma yox, müğənni kimi fəaliyyətimi davam etdirirəm. Sadəcə, mahnılarım qadın məclislərində səsləndirilir”.