Xüsusi əməliyyat Nadir Səlifov banda üzvləri saxlanıldı-Foto-Video

quli

Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun tərəfdarları saxlanılıb.

XALQ.AZ-a verilən məlumata görə, dəstə üzvləri Ukraynanın Odessa şəhərində bu ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Ukrayna Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, Odessa şəhərində vətəndaşları və bölgənin sahibkarlarını sıxışdıran cinayətkar beynəlxalq dəstənin üzvləri müəyyən edilib.

“Onlar iyulun 7-də günorta saatlarında yerli sahibkarlardan birini oğurlamaq niyyətində olublar. Hadisədən əvvəlcədən xəbərdar olan Ukrayna təhlükəsizlik orqanlarının əməkdaşları dəstənin üzvlərini zərərsizləşdirib. Kriminal dəstənin 10 nəfər üzvü olub. Onlar süni şəkildə münaqişə yaradaraq sahibkarlardan külli miqdarda pul tələb ediblər və ödəmədikləri təqdirdə sahibkarları zorakılıqla hədələyiblər. Məlum olub ki, dəstə üzvlərini Ukrayna tərəfindən axtarışda olan “Lotu Quli” ləqəbli şəxs idarə edir. Əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərin yaşadıqları yerdə iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb”, – məlumatda bildirilib.

d1b36ba8 5c9a 3d73 beee 52a1c609c4ff
3214ce5d 841f 3c98 b9a5 3843e9894eda
00e511d2 76ff 367a 9624 d4d385e7a402

Report.az