Xüsusi karantin rejimi artıq özünü doğrultmağa başlayır

Xüsusi karantin rejimi dövründə biz iki vacib faktoru qəbul etməliyik.

Milli Meclisinn deputatı Şahin Seyidzadə XALQ.AZ-a bildirib ki,Birinci faktor odur ki, dövlət koronavirusla mübarizə ilə bağlı bütün prosesi nəzarətə götürüb. Dövlət öz resurslarını səfərbər edərək, bütün prosesi və gündəlik göstəriciləri nəzarətdə saxlayaraq, müsbət nəticələrin əldə edilməsi üçün səy göstərir. İkinci faktor isə yoluxmaların artmasıdır. Bu da bir reallıqdır. Lakin yoluxmaların sayı artmasına baxmayaraq biz digər müsbət hallı mütləq qeyd etməliyik. Statistikanı təqdim etdikdə 3 göstərici əsas kimi götürülür: (1) yoluxanlar, (2) müalicə olunan və sağalanlar; (3) vəfat edənlərin sayı. Lakin digər bir göstəricini də unutmamaq lazımdır – yoluxanlar və sağalanlar arasında olan fərqin göstəricisi.

Gündəlik olaraq yalnız yoluxma sayında artım müşahidə olunsa ölkənin səhiyyə sistemi bunun qarşısında dözə bilməyəcək. Amma yoluxmaya paralel olaraq müalicə olan və sağalanların sayı da yüksələn zaman artıq tarazlıq yaranır və bu səhiyyə sisteminə “təzyiqi” bir qədər azaldır. Digər tərəfdən yoluxanların sayı sağalanlardan az olduğu halda, cəmiyyətdə də inam yaranır ki, görülən işlər əhəmiyyətli və faydalıdır.

21 iyun – 13 iyul tarixləri aralığında təhlil aparan zaman artıq 13 iyul tarixinə olan müsbət nəticəni görə bilərik.

21 iyun – yoluxanların sayı 491, müalicə alan və sağalanların sayı isə 283, fərq (-208) nəfər.

13 iyul – yoluxanların sayı 529, müalicə alan və sağalanların sayı 547, fərq (+18) nəfər.

Bü müddət ərzində yoluxanların orta göstəricisi – 536, müalicə və sağalanların orta göstərcisi – 396, fərqin orta göstəricisi isə (-140) nəfər təşkil edir.

21 iyun tarixindən bü günə (13.07.2020) kimi təhlil etdikdə görə bilərik ki,

  • yoluxanların sayı artmasına baxmayaraq, 13.07.2020-ci il tarixində olan göstərici (529 nəfər) bü müddətdə (21.06-13.07.2020) olan orta göstəricidən (536 nəfər) aşağıdadır
  • müalicə alan və sağalanların sayının 13.07.2020-ci il tarixində olan göstəricisi (547 nəfər) bü müddətdə (21.06-13.07.2020) olan orta göstəricidən (396 nəfər) qat-qat yüksəkdir.

Nəticədə xüsusi karantin rejimi müddəti ərzində ilk dəfə olaraq yoluxanların sayı ilə müalicə alan və sağalanların sayı arasında fərq müsbət olmuşdur.

XALQ.AZ