Xüsusi təyinatlılar Ali Baş Komandana mərəzu etdilər-Video

Prezident İlham Əliyev öz tvitter hesabında Xudafərin körpüsündən video paylaşıb. 

XALQ.AZ xəbər verir ki, videoda görünür ki, əsgər Xudafərin körpüsündəki qələbə münasibətilə Ali Baş Komandana raport verərək deyib:

“Möhtərəm Cənab Prezident

Cənab Ali Baş Komandan,

Əmrinizə uyğun olaraq məruzə edirəm ki, Xudafərin körpüsü və ərazisi işğaldan azad edilmişdir.

Hazırda Azərbaycan bayrağı burada dalğalanmaqdadır. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”

Prezident videoya “Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”, – şərhini verib.

XALQ.AZ