Yalçın Rzazadə əməliyyat olunub

Xalq artisti, müğənni Yalçın Rzazadə Türkiyədə əməliyyat olunub.

XALQ.AZ xəbər verir ki, bu barədə onun oğlu Orxan Rzazadə məlumat verib.

O bildirib ki, atası dünən axşam saatlarında əməliyyat olunub: “Əməliyyat yaxşı keçib, səhhəti stabildir, lakin kritikliyini qoruyur”.

Qeyd edək ki, Yalçın Rzazadə bir müddət əvvəl mədəsində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilib. Daha sonra isə əməliyyat olunmaq üçün Türkiyəyə gedib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb.

 

Orxan