Yanukoviç seçkilərin keçirilməsinə razılaşıb

58

 

Ukraynada yaranan siyasi böhranın güc yolu ilə həlli gözlənilmir. Bunu prezidentin Ali Radadakı nümayəndəsi Yuri Miroşniçenko bildirib.

AzNews.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, prezident Viktor Yanukoviç Maydanı və müxalifətçilərin tutduğu binaları boşaltmağa hər cün imkanın olduğunu deyib:

“Ancaq prezident deyib ki, o bunu heç vaxt etməz. Çünki onlar da bizim vətəndaşlarımızdır”.

Miroşniçenkonun sözlərinə görə, Yanukoviç erkən seçkilərin keçirilməsini mümkün sayır: “Prezident hesab edir ki, əgər siyasətçilər razılığa gələ bilməsələr vəziyyətdən yeganə demokratik çıxış yolu erkən seçkilərin keçirilməsi olacaq”.