YAP-çılar Alı Alıyevə etiraza başladı

55

Füzulinin icra başçısıçıxılmaz vəziyyətə düşdü, seçki plakatlarının aqibətindən isə xəbər yoxdur

 

Füzuli rayonunda Yeni Azərbaycan Partiyasının sıravi üzvləri icra başçısına qarşı etiraza başlayıblar. Xalq.az-a verilən məlumata görə, dünən səhər saatlarında hakim partiyanın kənd və qəsəbələrdəki üzvləri rayon İcra Hakimiyyətinin binası qarşısına yığışaraq, ondan seçkilərlə bağlı Bakıdan göndərilmiş təbliğat vəsaitlərinin aqibətini soruşublar.

Məlumatlarda deyilir ki, seçki təbliğatına start verildikdən sonra YAP bütün bölgələrdə aktiv təbliğata başlayıb. Partiyanın Mərkəzi Aparatından rayonlara göndərilən seçki plakatları isə yerli üzvlər tərəfindən qısa müddət ərzindəəhali arasında yayımlanmağa başlayıblar. Ancaq bu prosesin Füzuli rayonunda getmədiyi məlum olub. Və yerli YAP-çılar da digər rayonlar kimi seçkidə aktiv olmaq üçün həmin təbliğat vasitələrindən onlara da verilməsini istəyiblər. Elə narazılıq da bu səbəbdən baş qaldırıb.

Xalq.az-a verilən xəbərdə deyilir ki, İcra Hakimiyyətinin qarşısına toplaşan onlarla hakim partiyanın üzvü icra başçısı Alı Alıyevdən bu məsələ ilə bağlı izahat istəyiblər. Vəziyyətin ağır olduğunu görən icra başçısı da durumu düzəltmək üçün müavinlərindən birini onların yanına göndərib. Bir saata yaxın danışıqlardan sonra hakim partiyanın üzvləri dağılışıblar. Bundan dərhal sonra isə Alı Alıyev YAP-ın yerli şöbəsinə tədbirlər keçirməklə bağlı göstəriş verib.

Qeyd edək ki, bu hadisə keçiriləcək seçkilərin aqibətini indidən bəlli etmək gücündədir. Şübhəsiz ki, bu seçkilərin yeganə favoriti cənab İlham Əliyevdir. Onunla bağlı təbliğat işinin aparılmasına təkcə YAP üzvləri deyil, partiyalılığı olmayan şəxslər də qoşulublar. Bu da bir daha təsdiq edir ki, oktyabrın 9-da keçiriləcək Prezident Seçkilərində cənab İlham Əliyev böyük səs çoxluğu ilə qalib gələcək