YAP-dan parlament seçkiləri ilə bağlı qərar

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə partiyanın iştirakı ilə bağlı qərar qəbul edib.

XALQ.AZ xəbər verir ki, YAP İdarə Heyətinin iclasında bildirilib ki, bu gün Azərbaycanda geniş və çoxşaxəli islahatlar proqramı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox böyük uğurla həyata keçirilir.

Qeyd olunub ki, bu siyasət xalqın mütləq əksəriyyəti tərəfindən birmənalı şəkildə müdafiə olunur.

“Bu baxımdan 2020-ci ilin 9 fevralında Milli Məclisə  keçiriləcək seçkilər YAP-ın öz mövcud  qüvvə və potensialına yeni bir baxış, siyasi sistemin mühüm qolu olan qanunverici hakimiyyətdə yeni bir enerji ilə təmsil olunma imkanı verən əhəmiyyətli bir fürsətdir”,-deyə bildirilib.

Əlavə olunub ki, çox böyük seçki təcrübəsi olan,  cəmiyyətin bütün sosial təbəqələrini əhatə edən YAP-ın bu mühüm siyasi kampaniyada iştirakı siyasi zərurət olmaqla yanaşı, nəhəng elektorata malik olan təşkilat üçün sosial sifarişdir.

İclasda Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın səlahiyyətli nümayəndələri təyin olunub.

XALQ.AZ

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/