YAP funksioneri vəfat edib

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşklatının Qadınlar Şurasının sədri Tamilla Şahbazova dünyasını dəyişib.

XALQ.AZ xəbər verir ki, o, 73 yaşında vəfat edib.

Xatırladaq ki, T.Şahbazova Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor müavini və baş həkimi olub.