YAP GB “Xocalı Soyqırımı” ilə bağlı tədbir keçirib

YAP GB "Xocalı Soyqırımı" ilə bağlı tədbir keçirir YENİLƏNİR

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Zirə Mədəniyyət Mərkəzində “Xocalı Soyqırımı”na həsr edilmiş tədbir keçirilir. SİA-nın verdiyi məlumata görə, mərasimdə YAP GB-nın sədri Seymur Orucov, Milli Məclisin deputatları Rauf Əliyev, Flora Qasımova, Aydın Hüseynov, “SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev, YAP-ın rayon təşkilatlarının sədrləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimi giriş sözü ilə YAP GB-nın sədri Seymur Orucov açıb və “Xocalı Soyqırımı” haqqında çəkilmiş video-filmin təqdimatı olub.

Tədbirdə çıxış edən qonaqların hər biri Xocalını Azərbaycan xalqının qan yaddaşı olduğunu vurğulayaraq bildirdilər ki, dövlətimiz tərəfindən Xocalı faciəsinin tanıdılması istiqamətində gördüyü işlər təqdirəlayiqdir və qısa zamanda bütün dünya Xocalını soyqırımı kimi tanıyacaq.

Tədbirə Xocalı haqqında şerin səsləndirilməsi ilə yekun vurulub