YAP Hacıqabul rayon təşkilatı təşviqat kampaniyasına başlayıb

 

09

Hacıqabul rayonunda prezident seçkiləri ilə əlaqədar 16 sentyabr 2013-cü il tarixdən təbliğat kampaniyasına start verilib. 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsinin Hacıqabul rayonu ərazisində yerləşən 40 seçki məntəqələrində təbliğat üçün ayrılmış yerlərə Azərbaycan Respublikası Prezidentliyinə Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevin şəkilləri yerləşdirilib. Bu işə YAP Hacıqabul rayon təşkilatının fəalları cəlb edilib. Təbliğat materialları olan plakatlar sentyabrın 16-da məntəqələrdə ayrılmış yerlərə asılıb.