YAP İdarə Heyətinin iclası başladı

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında YAP İdarə Heyətinin iclası keçiriləcək.

XALQ.AZ APA-ya istinadla xəbər verir ki, iclas saat 12:00-da başlayacaq.

YAP İdarə Heyəti üzvlərinin iştirak edəcəyi iclasda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində YAP-ın deputatlığa namizədlərinin irəli sürülməsi məsələsi müzakirə olunacaq.

Modern.az YAP İdarə Heyətinin üzvlərinin siyahısını təqdim edir:

İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri

Hacıbala Abutalıbov – 

Əli Əhmədov – Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi

Vaqif Əliyev – Mədəniyyət və Turizm nazirinin I müavini

Mehriban Əliyeva – Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini

Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri

Akif Əlizadə -Yeni Azərbaycan Partiyasının Sədr müavini

Əli Həsənov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, professor

Əli Həsənov – Yeni Azərbaycan Partiyasının Sədr müavini

Yusif Hümbətov – «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri

Nizami Xudiyev – Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri

Eldar İbrahimov – Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Kərim Kərimov – Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı

Mübariz Qurbanlı – Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini

Abel Məhərrəmov – akademik

Bahar Muradova – Milli Məclisin sədr müavini,İnsan hüquqları komitəsinin sədri

Siyavuş Novruzov – Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri, YAP İcra katibinin müavini

Arif Rəhimzadə – Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Vasif Talıbov – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri

Mixail Zabelin – Milli Məclisin deputatı

XALQ.AZ