YAP Qaradağ rayon təşkilatının şura iclası keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 26-cı ildönümü ilə bağlı Qaradağ rayon təşkilatının şura iclası keçirilib.

XALQ.AZ xəbər verir ki,  tədbiri YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov açaraq bildirib ki, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsinin dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır.

Millət vəkili vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır.

Aydın Hüseynov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirib. Bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz bölgəsinin ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq edib. Azərbaycanın inkişafı prosesində YAP fəal şəkildə iştirak edir.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədr müavini Munis Bayramov, Aparat rəhbəri Hacı İbrahimov, rayon təşkilatı Qadınlar Şurasının sədri Hicran Xəlilova, rayon təşkilatı Gənclər Birliyinin sədri Ramiz Yusubov, Qaz Emalı zavodu ərazi ilk partiya təşkilatının sədri Nizami Quliyev, Sədərək Ticarət Mərkəzi ərazi ilk partiya təşkilatının sədri Sabir Ələkbərov və başqaları çıxış edlərək Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Ulu Öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan uğurlardan danışıblar.

Çıxış edənlər həmçinin vurğulayıblar ki, dövlət bayrağımız millətimizin, xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür.

Orxan