YAP seçkilərə ciddi hazırlaşır

27

 

Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşır. Partiyamızın İdarə Heyətinin seçkilərlə bağlı qərarı var və bu qərara uyğun olaraq addımlar atılır”. XALQ.AZ xəbər verir ki, bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, seçkilərlə əlaqədar partiyanın tədbirlər planı müəyyənləşdirilib və plana uyğun olaraq bu istiqamətdə fəaliyyət davam edir. Onun sözlərinə görə, hazırda bələdiyyə üzvü olan YAP-çıların ötən müddət ərzində fəaliyyəti təhlil olunur, kimlərin namizədliyinin yenidən irəli sürülməsi, digər seçki kampaniyalarında fəal iştirak edən, tədbirlərdə aktiv olan gənclərin və  qadınların arasından namizədlərin müəyyənləşdirilməsi yönündə daxili müzakirələr aparılır.

“Eyni zamanda, seçki kampaniyasında müşahidəçi və məşvrətçi səs hüquqlu üzvlərin  müəyyənləşməsi istiqamətində də iş aparılır. Həmçinin, partiyanın bələdiyyə seçkiləri ilə bağlı proqramı, o cümlədən namizədlər üçün lazım olan təşviqat materallarının nümunələri hazırlanmaq üzrədir. Yəni bələdiyyə seçkilərinə rəsmi start veriləndə artıq, YAP bütün məsələlərə hazır olacaq. Bilirsiniz ki, seçkilərə hazırlıq prosesi ilə əlaqədar partiyanın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib və müşavirədə yerli strukturlara müvafiq tövsiyə və tapşırıqlar verilib. Bu yöndə fəaliyyətimiz tədbirlər planına uyğun olaraq davam etdirilir” – deyə YAP İcra katibinin müavini vurğulayıb