YAP tərəfindən səsvermə prosesini on mindən artıq nümayəndə izləyir

XALQ,AZ xəbər verir ki, Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentinin seçkilərində səsvermə prosesini 10 mindən artıq nümayəndə izləyir. Yeni Azərbaycan Partiyası Seçki Məcəlləsinə müvafiq olaraq, Prezident seçkilərində mövcud olan 125 seçki dairəsi və 5641 seçki məntəqəsinin hər birinə öz müşahidəçisini və məşvərətçi səs hüquqlu nümayəndəsini təyin edib.

Yeni Azərbaycan Partiyasının əlavə olaraq, bütün ölkə ərazisində müşahidə aparmaq səlahiyyətində olan 100-dən artıq mühahidəçisi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınıb.

 

Elgün