Yaponiyanın XİN rəhbəri Azərbaycana gəlir

Yaponiyanın xarici işlər nazirinin Cənubi Qafqaza səfəri başlayıb.

XALQ.AZ xəbər verir ki, Taro Kono Azərbaycana da gələcək. Belə ki, Taro Kono əvvəlcə Ermənistana və Gürcüstana, sentyabrın 5-də isə Azərbaycana gələcək. O, 1999-cu ildən sonra Yaponiyadan Azərbaycana səfər edən ikinci xarici işlər naziridir.

Yaponiyalı nazirin regiona səfərində məqsəd Cənubi Qafqaz ölkələri ilə Yaponiya arasındakı əməkdaşlığı genişləndirməkdir.

 

 

Orxan