Yaralılardan biri erməni əsilli Gəncə sakinidir

xeste 1552390631

Xəbər verdiyimiz kimi,  düşmən Gəncə şəhərini Ermənistan ərazisindən ağır artilleriya atəşinə məruz qoyub. Ermənistan ordusunun Gəncəni atəşə tutması nəticəsində 1 mülki şəxs həlak olub, 32 nəfər yaralanıb.

XALQ.AZ BAKUTIME.AZ istinadən xəbər verir ki, Gəncədə yaralanan mülki şəxslərdən biri 1943-cü il təvəllüdlü erməni Karina Qriqoryandır.

Hazırda milliyətcə erməni olan Qriqoryan Gəncədə xəstəxanada müalicə alır.