Yasamal rayon gəncləri “İlhamlı gələcək” deyir

XALQ,AZ xəbər verir ki, YAP Yasamal rayon təşkilatında seçicilərlə keçrilən görüşün növbəti qonaqları rayon ərazisində yaşayan gənclər idi. Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov ötən əsrin sonuncu onilliyində Azərbaycanda mövcud olan mürəkkəb siyasi vəziyyət, müstəqilliyimizin əbədiliyi naminə ulu öndər Heydər Əliyevin göstərdiyi fədakarlıqdan bəhs edərək bildiridi ki, o illərdə xalq düzgün seçim edərək taleyini müdrikcəsinə müəyyənləşdirdi. Uzaq görən siyasətçi Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etməklə Azərbaycan xalqı gələcək inkişafının təməlini qoydu:

  • Siz gənclərin fiziki mənəvi cəhətdən sağlam böyüməsi üçün möhtəşəm islahatlar həyata keçirən, gənclərin hamisi kimi önəmli qanunların, Dövlət Proqramlarının qəbulu, Gənclər forumumun keçirilməsi, «Gənclər günü»nün təsis olunması gələcəyimizə inamdan irəli gəlir. Bu siyasəti davam etdirən cənab İlham Əliyevin gəncələ diqqəti son illərdə həyata keçirilən tədbirlər, beynəlxalq yarışlar, olimpiadalar azərbaycanlı idmançıların qazandığı qələbələr tarixə yazıldı.

And içmə mərasimində “Mən ölkəmizi müasir, demokratik, ali qanunvericilik və çox güclü sosial siyasətə malik iqtisadi cəhətdən inkişaf etmiş və regionda güclü mövqe tutan ölkə kimi görürəm” deməklə bu istiqamətdə real işlərə imza atan, vədinə sadiq Prezident İlham Əliyev haqqında müsbət rəylər “Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezidenti olacağam”» sözlərinin həyatda gerçəkliyidir.

Milli Məclisin Cənclər və idman komitəsi sədrinin müavini Ulvi Quliyev çıxışında cənab İlham Əliyevin beynəlxalq aləmdə möhkəmlənən nüfuzundan bəhs edərək bildirdi ki, milli və bəşəri keyfiyyətlərə, liderliyə xas olan, öz ölkəsini respublikanın hüdudlarından kənarda belə tanıdan, fəaliyyəti ilə beynəlxalq təhlükəsizliyə, münasibətlərə müsbət təsir göstərmək imkanlarına malik dövlət başçımız şəxsiyyətinə, siyasətinə ən böyük divident qazandıran amil qlobal güclərin maraqlarını ölkəmizə yönəltməyi bacarmasıdır:

  • Son illərdə müşahidə olunan Azərbaycanın sürətli inkişafı daha möhtəşəm uğurlardan xəbər verir. Elə buna görədir ki, Yeni Azərbaycan Partiyasının VI qurultayında Prezident, YAP–ın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi, qarşıdakı illərdə də dövlət başçısı səlahiyyətlərinin etibar olunması milyonların istək və arzularından irəli gələn sosial tələb olmaqla dövlət başçımıza inam və etimadın ifadəsidir. Dünyada sosial, siyasi və iqtisadi tədqiqatlar üzrə zəngin təcrübə toplayan beynəlxalq təşkilatlar adətən siyasi kampaniyaların keçirildiyi ölkələrdə ictimai-siyasi vəziyyəti, xalqla-iqtidar arasındakı birliyi öyrənmək üçün təhlillər, araşdırmalar aparır nəticəni açıqlayır.

Fransanın “OpinonWay”» Sosioloji Tədqiqatlar İstitutu “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yarım Mərkəzi ilə birlikdə prezident seçkiləri ərəfəsində Azərbaycandakı ictimai rəyin öyrənilməsi ilə bağlı sorğu keçirmişlər. Sorğuda iştirak edən, “Aprelin 11-də keçiriləcək prezident seçkiləri bu gün keçirilsəydi hansı namizədə səs verərdininz?” sualını cavablandıran 1200 respondentin 83,4 faizi cənab İlham Əliyevə etimad göstərəcəyini bildirib. Bu göstərici 11-də keçiriləcək səsvermədə cənab İlham Əliyevin qələbə müjdəsidir.

Bütün vədlərini bu gün nəticəsini qat-qat artıqlaması ilə göstərən islahatları ilə doğruldan Prezident İlham Əliyevin iqtisadiyyatın inkişafı üçün başlıca şərt olan neft strategiyasının davamı nəticəsində ölkəyə qazandırılan uğurlar etiraf olunmaqla Azərbaycana marağı artırır. Cənab İlham Əliyev proqram xarakterli çıxışlarında inkişafın yeni mərhələ üzrə istiqamətlərini göstərməklə vurğulayır ki, yalnız düşünülmüş siyasət, qətiyyətli siyasi iradə, xalqla birliyin möhkəmlənməsi sayəsində respublikamızda qarşıya qoyulan möhtəşəm vəzifələrə nail olmaq mümkündür.

YAP Siyasi Şurasının üzvü, partiyanın gənclər Birlinin sədri Seymur Orucov vurğuladı ki, XXI əsrin « Qlobal xəritədə ölkələrin oynadığı rol insanların intellekttual potensialından daha çox asılı olacaqdır» çağırışının əsas amil kimi daim diqqətdə saxlanıldığı ölkəmizdə insan kapitalına da böyük sərmayələr yatırılır:

-Bu gün Azərbaycan güclü maliyyə potensialına və şaxələndirilmiş nəqliyyat, daşıma marşrutlarına, müasir infrastruktura malik , tam özünə güvənən ölkədir. 2003-cü ildən yeni keyfiyyətlə davam etdirilən sosial siyasət nəticəsində dünyada ən sürətli templərlə inkişaf edən ölkəmiz rəqabətqabiliyyətliliyə görə dünya miqyasında 35-cı yerdədir.

“Bizim keçdiyimiz yol inkişafda olan, yaxud da ki, çətinliklər içində yaşayan bəzi ölkələr üçün bir işıq yoludur” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycan beynəlxalq aləmdə də ən böyük zirvələrə çata bilmişdir. Azərbaycan regional tərəfdaşlıqdan, yeni bölgələrə, qitələrə çıxır. İqtisadi əlaqələrinin coğrafiyası genişlənən Azərbaycanın diplomatik əlaqələri də Avropanın hüdudlarını aşaraq bütün qitələrə uzanır. Latın Amerikası , Afrika qitəsinin bir neçə dövləti ilə diplomatik əlaqələr yaradan Azərbaycanın xarici siyasəti dünya müstəvisində dəstəklənir. Bu siyasətə gənclərin inamı böyükdür. 11 apreldə bütün gənclərimiz «İlhamla irəli» deyərək gələcəklərinin daha işıqlı olması naminə düzgün seçim edəcəklər.

Gənclər adından çıxış edən Ayan Kərimova, Əmrah İsmayıllı, Əşrəf Xanəliyev ölkəmizdə gekrçəkləşən Birinci Avropa, IV İslam Həmrəyliyi Oyunlarını gənclərə, idmanını, təhsilin, inkişafına göstərilən dəstək kimi dəyərləndirdilər.

Elgün