Yasamal rayonunda Heydər Əliyevin xatirəsi anılıb – FOTO

Yasamal rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.

Rayon icra hakimiyyətindən XALQ.AZ-a bildiriblər ki, anım tədbirində Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon Təşkilatının sədri Tağı Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, Milli Məclisin deputatları və Komitə sədrləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, orta ixtisas və ali məktəblərin rektorları, professor-müəllim heyəti, rayon ümumtəhsil məktəblərinin direktorları, mədəniyyət xadimləri, rayon ictimaiyyəti, eyni zamanda, gənclər və tələbələr iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Konservatoriyanın foyesində Ulu Öndərin büstü önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər.

Anım tədbirini giriş sözü ilə rektor Siyavuş Kərimi açıb.

Sonra Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinə və xalqa olan xidmətlərindən danışıb. Bildirib ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşıb. Heydər Əliyevin xatirəsi Azərbaycan adı yaşadıqca, daim xalqımızın yaddaşında, ürəklərdə yaşayacaq.

Azərbaycanın ən yeni tarixinin Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan icra başçısı intibah və milli şüurun oyanışının Ulu Öndərin hakimiyyətə gəlişi ilə başladığını deyib. Qeyd edib ki, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. İmzalar içərisində millətimizin də imzasının görünməsi, Azərbaycanın inamla beynəlxalq arenaya çıxması, söz və nüfuz sahibi olması məhz onun xidmətidir.

Sonra Zaur Qüdrətoğlunun ifasında Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən film-təqdimat nümayiş olunub.

Tədbir bədii hissə ilə davam etdirilib.

XALQ.AZ

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/