YAP Yasamal rayon təşkilatının təşkilatçılığı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin millət vəkili Elnur Allahverdiyevin təşəbbüsü və Yasamal rayon bələdiyyəsinin dəstəyi ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatlarının paylanılması aksiyası davam edir.Qurban bayramı münasibəti ilə bayram sovqatlarının paylanmasının üçüncü günündə də 17 saylı Yasamal üçüncü seçki dairəsi ərazisində aztəminatlı ailələr ziyarət edilib, həmin ailələrə bayram sovqatları paylanılıb. Aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.

Aksiyanın zamanı 325 aztəminatlı ailəyə bayram sovqatları paylanılıb. Qurban bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatlarının paylanılması aksiyası davam edir.


media-ads-728x90

Bənzər xəbərlər