Yasamalda videokonfrans formatında iclas keçirilib

Yasamal rayon İcra Hakimiyyətində videokonfrans formatında iclas keçirilib

XALQ.AZ-a verilən məlumata görə,ölkədə davam edən karantin rejimi ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyətində videokonfrans formatında iclas keçirilib. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sədrliyi ilə keçirilən iclasda icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Videokonfransda çıxış edən Elşad Həsənov koronavirus pandemiyası dövründə Yasamal rayonunda görülən işlər barədə qısa məlumat verdi. İcra Hakimiyyətnin başçısı mövcud şəraitdə yerli sakinlərə göstərilən yardım, aparılan dezinfeksiya işləri və əhalini narahat edən digər məqamlara toxundu. Öz çıxışında Elşad Həsənov özünütəcrid şəraitində qalan vətəndaşlara çatdırılan ərzaq sovqatları məsələsinə toxundu və proses zamanı tam şəffaflığın və çevikliyin təmin edilməsinin zəruriliyini vurğuladı. Bu tipli sosial yardım aksiyalarında bilavasitə iştirak etdiyini xatırladan Elşad Həsənov sahə rəhbərləri qarşısında bu yardımla daha çox insanı əhatə etmək tapşırığı qoydu.
Videokonfransda Yasamal rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və xidmət sahələrinin rəhbərləri də çıxış edərək görülən işlər barədə məlumat verdilər.

На изображении может находиться: 5 человек, люди стоят и в помещении

На изображении может находиться: один или несколько человек, люди сидят, стол и в помещении

На изображении может находиться: 6 человек, экран

XALQ.AZ