Yasamalda monitorinqlər aparılır-Fotolar

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov ölkədə davam edən karantin rejimi ilə əlaqədar monitorinqləri davam etdirir.

XALQ.AZ məlumat verir ki, növbəti monitorinq Yasamal rayonundakı ictimai iaşə və ticarət obyektlərini əhatə edib. Sakinlər və icitmai iaşə obyektlərinin sahibləri ilə söhbətində İcra başçısı vətəndaşları gigiyenik vasitələrdən, və ilk növbədə tibbi spirt, maska və əlcəkdən mütəmadi istifadə etməyə, həmçinin fiziki məsafə qaydasına riayət etməyə çağırıb. Həsənov koronavirus yoluxucu xəstələyindən qorunması işində hər bir vətəndaşın məsuliyyət daşıdığını vurğulayıb. Reyd zamanı aidiyyatı qurumların, ictimai-iaşə obyektlərinin və mağazalarının rəhbərlərinə müvafiq xəbərdarlıqlar olunub.

Başçı yerli hüquq-mühafizə orqanlarının nümayəndələrinə və Operativ Qərargah təmsilçilərinə karantin rejiminin icrasına dair tapşırıqlarını verib.

На изображении может находиться: 1 человек, стоит и на улице
На изображении может находиться: один или несколько человек и люди стоят
На изображении может находиться: один или несколько человек и люди стоят
На изображении может находиться: один или несколько человек, люди стоят, фрукт и еда
На изображении может находиться: 1 человек, стоит
На изображении может находиться: 1 человек, стоит
На изображении может находиться: 1 человек, стоит и в помещении

XALQ.AZ