Yasamalda qazilərlə daha bir görüş keçirilib

Yasamal rayon İcra Hakimiyyətində qazilərlə daha bir görüş keçirilib

Vətən müharibəsi iştirakçılarının sosial problem və qayğılarını operativ şəkildə həll etmək məqsədilə Yasamal rayon İcra Hakimiyyətində qazilərlə görüşlər davam edir.Növbəti görüşü giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğuladı ki, ölkə rəhbərliyi Vətən müharibəsi iştirakçılarının sosial rifahını yüksəltmək işinə xüsusi önəm verir.Məhz buna görə yerli icra hakimiyyəti orqanları bu sahədə bütün imkanlarını səfər ediblər.Daha sonra söz alan qazilər müharibədən sonra dinc həyata adaptasiya olunmaqda üzləşdikləri çətinliklərdən söz açdılar.Qaldırılan bir sıra problemlərin həlli mərkəzi icra hakimiyyət orqanlarının səlahiyyətləri çərçivəsində olduğundan bu qurumlara müvafiq müraciətlərin ediləcəyi bildirildi. Digər məsələlərlə əlaqədar isə Yasamal rayon İcra Hakimiyyəti aparatında fəaliyyət göstərən “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nə bir sıra tapşırıqlar verildi.Görüşdə çıxış edən qazilər onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin təşəkkülərini bildirdilər.

Yasamal rayon İcra Hakimiyyətində qazilərlə görüşlər davam edir.