Yasamalın icra başçısı özünə yeni köməkçi təyin edib

Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elşad Həsənov özünə yeni köməkçi təyin edib.

XALQ.AZ-ın məlumatına görə, E.Həsənov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Süleymanzadə Habil Kamal oğlu Yasamal RİH-nin başçısının köməkçisi təyin olunub.

Qeyd edək ki, H.Süleymanzadə bundan əvvəl E.Həsənovun deputat olduğu dövrdə onun köməkçisi vəzifəsində çalışıb.

Xatırladaq ki, E.Həsənov Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, 2015-ci ildə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.

XALQ.AZ