Yaşar Əliyevə general-leytenant rütbəsi verildi

Xəbər verdiyimiz kimi, Yaşar Əliyev Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir müavini təyin olunub.

XALQ.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev vəzifəsindən azad edilib. O, həmçinin, həqiqi hərbi xidmətə qəbul olunub və ona general-leytenant hərbi rütbəsi verilib.

Qeyd edək ki, Baş Mühafizə İdarəsinin rəisi olmuş Yaşar Əliyev polis general-mayoru rütbəsi daşıyırdı.