Yaşar Əliyev yüksək vəzifəyə təyin olundu

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir müavini təyin olunub.

XALQ.AZ-ın məlumatına görə, bu vəzifəyə Yaşar Əliyev təyinat alıb. O, həmçinin, həqiqi hərbi xidmətə qəbul olunub və ona general-leytenant hərbi rütbəsi verilib.

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polovnik Məhərrəm Əliyevdir.

Qeyd edək ki, Yaşar Əliyev bu təyinata qədər Azərbaycan Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb.