Yazıçının cəsədi yandırılacaq

Markes

Kolumbiyalı yazıçı Qabriel Qarsia Merkesin cəsədi yandırılacaq.

Xalq.az-ın məlumatına görə, bu barədə Meksika Milli İncəsənət İnstitunun direktoru Mariya Kristina Seped açıqlama verib. O, cəsədin külünün hara aparılacağı barədə isə məlumat verməyib. Q.Q.Markesin dəfn mərasimi aprelin 21-də baş tutacaq.

Qeyd edək ki, ədəbiyyat üzrə Nobel mükafatı laureatı, kolumbiyalı məşhur yazıçı Qabriel Qarsiya Markes bu gün vəfat edib. 87 yaşlı yazıçı Mexikodakı evində dünyasını dəyişib.