Yelisey sarayına hücum olub

68

 

İtaliyadan gəlmiş teatr rejissoru bu gün öz avtomobili ilə Parisdə Yelisey sarayının darvazasına çırpılıb.

ANS PRESS “BBC”yə istinadən bildirir ki, 67 yaşlı rejissor bununla öz kiçik teatrının maliyyələşdirilməsinin azaldılmasına hakimiyyətin diqqətini cəlb etmək istəyib. Yaşlı kişi dünən isə prezident qərargahının yanında saxlanılmışdı. O, maşınından Arlekinonun kuklasını çıxaraq üzərinə yanar məhlul tökərək od vurub. Bundan sonra polisə aparılmışdı.

Həmçinin bildirilir ki, o, problemi ilə bağlı vərəqlər də yayıb. Saxlandıqdan sonra o buraxılıb.