“Yemin”də çəkilən azərbaycanlı aktrisa kimin qızıdır?

Türkiyənin “Kanal 7” ekranlarında yayımlananan “Yemin” serialında azərbaycanlı model-aktrisa Yağmur Şahbazovanın da yer alması Türkiyə mediasında ciddi əks-sədaya səbəb olub. Yağmurun kim olması maraq doğurub

 XALQ.AZ xəbər verir ki, 1987-ci ildə Bakıda anadan olan Yağmur, teatr aktrisası Esmiralda Şahbazovanın qızıdır. Anası Esmiralda qızı Yağmuru da özü kimi aktrisa olaraq yetişdirib. Yağmur bir zamanlar Azərbaycanda reklamlarda çəkilib və ATV-də 3 il davam edən “Vicdan haqqı” serialında əsas rollardan birinin ifaçısı olub.

Türk filmində çəkiləcəyində hər hansı çətinliklərlə üzləşmədiyini qeyd edən Yağmur indiyədək İstanbula ancaq gəzməyə gəldiyini bildirib:

“Hazırda çəkilişlərdən vaxt əldə edə bilmədiyindən şəhəri gəzmək imkanları məhduddur”.

İstanbulda özünü yad hiss etməyən Yağmur qeyd edib ki, filmə çəkilməyim gözlədiyimdən də yaxşı oldu:

“Anam yanımda olmasa da, çəkiliş qrupu mənə çox isti münasibət bəsləyir. Biz iki dövlət, bir millətik. Sağ olsunlar, məni əl üstündə saxlayırlar”.

Türkiyənin “Kanal 7” ekranlarında yayımlananan “Yemin” serialında azərbaycanlı model-aktrisa Yağmur Şahbazovanın da yer alması Türkiyə mediasında ciddi əks-sədaya səbəb olub. Yağmurun kim olması maraq doğurub

Metbuat.az xəbər verir ki, 1987-ci ildə Bakıda anadan olan Yağmur, teatr aktrisası Esmiralda Şahbazovanın qızıdır. Anası Esmiralda qızı Yağmuru da özü kimi aktrisa olaraq yetişdirib. Yağmur bir zamanlar Azərbaycanda reklamlarda çəkilib və ATV-də 3 il davam edən “Vicdan haqqı” serialında əsas rollardan birinin ifaçısı olub.

Orxan