Yenə qar, yenə problem və yenə zəncirvari qəzalar…

q'za1

Dünən axşam saatlarından başlayan qar bu gün səhər zəncirvari yol qəzasına səbəb olub.

 XALQ.AZ-ın verdiyi xəbərə görə, hadisə Bakı-Sumqayıt yolunda baş verib.
Qarlı hava şəraiti ilə bağlı idarəetməni itirən sürücülərin avtomobilləri bir-birilə toqquşdurublar. Nəticədə 10-a yaxın maşına ciddi ziyan dəyib.
Qəza şosse yolunda uzun tıxaca səbəb olub. Yol Polisi əməkdaşları hadisə yerinə cəlb olunub və yol hərəkəti bərpa edilib.