Yeni 100 dollar çıxdı

16

Yeni 100 dollarlıq əskinaslar dövriyyəyə buraxılıb

ABŞ bütün dünyanın istehlakçılarına köhnə 100 dollarlıq əskinasları yeniləri ilə əvəz etməyin zəruri olmadığını bildirib

 

ABŞ-da yenilənmiş 100 dollarlıq əskinaslar dövriyyəyə buraxılıb. ANS PRESS xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Federal Ehtiyat Şurası bu gündən yeni əskinasları təqdim etməyə başlayıb.

Əskinazların hazırlanmasında saxtalaşdırmadan qorumaq üçün yeni, daha mükəmməl texnologiyalardan istifadə olunub. Belə ki, əskinazın üzərində göy 3d-xətt, böyük 100 rəqəmi və mürəkkəbqabı, hansının üzərində rəngi dəyişən “azadlıq zəngi” yerləşdirilib.

Əskinazda dəyişməz Benjamin Franklinin portreti qalıb.

ABŞ bütün dünyanın istehlakçılarına köhnə 100 dollarlıq əskinasları yeniləri ilə əvəz etməyin zəruri olmadığını bildirib. Buraxılma tarixlərindən asılı olmayaraq ABŞ valyutası qanuni dövriyyədə işlənəcək.