Yeni auditor kollektivə təqdim olunub

Oktyabrın 24-də Hesablama Palatasının sədri Vüqar Gülməmmədov yeni təyin olunmuş auditor Hafiz İsmayılbəylini palatanın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin kollektivinə təqdim edib.

Palatanın mətbuat xidmətindən bildirilib ki, V.Gülməmmədov auditor H.İsmayılbəyli barədə ətraflı danışaraq qarşıya qoyulan əsas hədəflərə nail olmaq üçün idarənin kollektivinə tövsiyələrini verib.

Qeyd edək ki, Hafiz İsmayılbəyli Hesablama Palatasının auditoru vəzifəsinə Milli Məclisin 2019-cu il 22 oktyabr tarixli Qərarı ilə təyin olunub.