Yeni gəmiyə onun adı veriləcək – Prezidentdən göstəriş

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yeni gəmisinə Xoşbəxt Yusifzadənin adı veriləcək.

XALQ.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə göstəriş verib.

“Mən elə bu gün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə göstəriş verirəm ki, Gəmiçiliyin yeni gəmisinə Xoşbəxt Yusifzadənin adı verilsin”, – deyə Prezident çıxışında qeyd edib.