Yeni icra başçısı Gəncədə təqdim edildi

Gəncə şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov bu gün kollektivə təqdim edilib.

XALQ.AZ xəbər verir ki, yeni başçını kollektivə Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib.

Avqustun 28-də prezident İlham Əliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin işdən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.

Elə həmin gün ölkə başçısı başqa bir sərəncamla Niyazi Bayramovu Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edib.

 

 

Orxan